Neftçilər İlham Əliyevə daimi dəstəyə görə təşəkkür etdi - VİDEO

siyaset
19-09-2020, 17:53 875
Neftçilər İlham Əliyevə daimi dəstəyə görə təşəkkür etdi - VİDEOPrezident İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı ilə bağlı Azərbaycan Televiziyasında süjet hazırlanıb.
Təməlqoyma mərasimindən öncə neftçilər videomüraciət formasında dövlət başçısını Neftçilər Günü münasibəti ilə təbrik edib, daimi dəstəyə görə təşəkkürlərini bildiriblər.
Sonra “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını bildirən düymə basılıb. Süjetdə “Abşeron” yatağı haqqında geniş məlumat verilib.
Həmin süjeti təqdim edirik: