Vahid Mustafa Yev: "Mübarizə aparan insanlar öndə görünmür..."

medeniyyet
7-09-2015, 21:30 856
Vahid Mustafa Yev: "Mübarizə aparan insanlar öndə görünmür..." Kinorejisyor "Qanlı Yanvar" haqda fikirləri ilə bölüşüb
"Azərbaycan İttifaq dağılandan sonra öz müstəqilliyi uğrunda mübarizəyə qalxan ilk ölkə oldu"
Bu haqda "Qanlı Yanvar" filminin rejisyoru Vahid Mustafa Yev Monreal beynəlxalq film festivalı çərçivəsində jurnalistin suallarını cavablandırarkən söyləyib.
“Film bizim ölkəmizin keçmişindən bəhs edir. Bu hadisələr 1990 - cı ildə Sovet İttifaqı dağılan ərəfədə baş verib. Ölkəmiz İttifaq dağılandan sonra öz müstəqilliyi uğrunda mübarizəyə qalxan ilk ölkə oldu. Mən bu filmdə bir çox suallara cavab verməyə çalışdım. Həyat çox vaxt eyni olur, amma bəziləri daha yaxşı həyat uğrunda mübarizə aparırdılar. Sovet Kommunist demokratlarının xarakertləri kimi. Mübarizə aparan insanlar öndə görünməsə də onlar hər bir ölkənin inkişafına təkan verir”.
Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərini dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan “Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi sentyabrın 2 - 3 baş tutub.
Ümumilikdə bu il keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə filmini nümayişə çıxaracaq. Azərbaycanı isə bu festivalda yalnız “Qanlı Yanvar” filmi təmsil edir.
“Qanlı Yanvar” filmi nümayişdən sonra mükafata layiq görülüb. Diplom festival prezidenti Serxio Lis tərəfindən kinorejissor Vahid Mustafa Yevə şəxsən təqdim edilib.