Hindistanlı deputat koronavirusdan sağalmaq üçün palçıq vannası qəbul edir

sosial
18-09-2020, 12:12 538
Hindistanlı deputat koronavirusdan sağalmaq üçün palçıq vannası qəbul edirKoronavirusa yoluxan hindistanlı siyasətçi iddia edir ki, palçıq vannası qəbul etmək immuniteti gücləndirir və bu yolla virusa qalib gəlmək mümkündür.

“Demirören Haber Ajansı”nın yaydığı məlumata görə, Hindistan parlamentinin üzvü Sukhbir Sing tibbi müalicələrdən imtina edib və palçıq vannasını qəbul edərkən çəkilən fotosunu sosial şəbəkələrdə paylaşıb.
O, virusa yoluxan şəxslərə palçıq vannasını tövsiyə edib.