Abşeronda polis reyd keçirdi - FOTO/VİDEO

sosial
14-09-2020, 14:49 1208
Abşeronda polis reyd keçirdi - FOTO/VİDEOAbşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib. Reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.
Reyd zamanı həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da sıxlığın yaranmasına səbəb olan sürücülər barəsində də protokollar tərtib edilib. Tədbir zamanı ümumilikdə epidemiya qaydalarını pozan 30 dan artıq şəxs, dayanma-durma qaydalarına əməl etməyən 80 sürücü cərimələnib.

Qeyd edək ki, Abşeron rayonunda polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.



Abşeronda polis reyd keçirdi - FOTO/VİDEO

Abşeronda polis reyd keçirdi - FOTO/VİDEO

Abşeronda polis reyd keçirdi - FOTO/VİDEO

Abşeronda polis reyd keçirdi - FOTO/VİDEO

Abşeronda polis reyd keçirdi - FOTO/VİDEO

Abşeronda polis reyd keçirdi - FOTO/VİDEO