» » Sumqayıtda mebel sexində güclü yanğın baş verib - FOTO


Sumqayıtda mebel sexində güclü yanğın baş verib - FOTO

13-09-2020, 00:51
Oxunub: 720
Çap et
Sumqayıtda mebel sexində güclü yanğın baş verib - FOTOSumqayıtda axşam saatlarında güclü yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində fəaliyyət göstərən mebel sexində qeydə alınıb. Qəfildən alışan sexdə bütün avadanlıqlar, yumşaq mebel dəstləri yanaraq kül olub. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Sex sahibi Məsud Əliyevin verdiyi açıqlamasında bildirib ki, o mebel sexini bağlayıb evə getdikdən 20 dəqiqə sonra obyektdə yanğın başlayıb: “Son müştərini yola saldıqdan sonra evə getdim. Məlumat gəldi ki, sexdə yanğın başlayıb. Bütün avadanlıqlarım, yumşaq mebel dəstləri, soyuducu yanaraq külə dönüb. Ümumilikdə 12000 manata yaxın ziyan dəyib”.
Hadisəsin başvermə səbəbləri araşdırılır.

Sumqayıtda mebel sexində güclü yanğın baş verib - FOTO

Sumqayıtda mebel sexində güclü yanğın baş verib - FOTO
Reytinq: