Qum fırtınası Ankarada fəsadlara səbəb oldu - FOTO/VİDEO

dunya
13-09-2020, 00:37 1220
Qum fırtınası Ankarada fəsadlara səbəb oldu - FOTO/VİDEOTürkiyənin paytaxtı Ankara şəhərinin Polatlı və Haymana rayonları ərazisində qum fırtınası fəsadlara səbəb olub.

“Sabah”ın məlumatına görə, güclü küləklə müşayiət olunan toz buludu göy üzünü qaraldaraq əhalinin təşvişinə səbəb olub.

Qum fırtınası paytaxtın mərkəzində də müşahidə olunub. Fırtına nəticəsində altı nəfərin yaralandığı deyilir. Binaların damları uçub, ağaclar aşıb.



Qum fırtınası Ankarada fəsadlara səbəb oldu - FOTO/VİDEO

Qum fırtınası Ankarada fəsadlara səbəb oldu - FOTO/VİDEO