» » Yollara tökülən “daşlaşmış təpələr” - VİDEO


Yollara tökülən “daşlaşmış təpələr” - VİDEO

10-09-2020, 11:18
Oxunub: 605
Çap et
Yollara tökülən “daşlaşmış təpələr” - VİDEOYollarda yaranan daşlaşmış təpələr sürücülərin kabusuna çevrilib. Paytaxt küçələrində hərəkət edən betonqarışdıran maşınların çoxu, bəzən qaydalara düzgün əməl etmədiyindən yol infrastrukturunu bərbad hala salır.

Baku Tv mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Betonqarışdıran maşınlardan tökülən palçığın vaxtında təmizlənməməsi, təhlükə mənbəyi olan təpəciklərin əmələ gəlməsinə səbəb olub.

Bu hal digər avtomobillərin hərəkətinə mane olur. Bu isə, çox zaman xoşagəlməz hadisələri qaçılmaz edir.

Gecənin düşməsi, ərazidəki işıq lampalarının söndürülməsi isə problemi daha da artırır. Yüksək sürətlə hərəkət edən avtomobillərin çoxu ərazidəki maneəni görə bilmir. Yükdaşıma qaydalarını pozaraq yolları bu hala salan sürücülərin cəzasız qalmayacağına ümid edirik. Üstəlik, yolu bu hala salmağa görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət də nəzərdə tutulub.

Reytinq: