Abşeron rayonunda qətl törədilib

hadise
7-09-2015, 21:18 970
Abşeron rayonunda qətl törədilib Meyitə baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilib.
Abşeron rayonunda qətl törədilib.
Realfakt.Az-ın APA-ya istinadən məlumatına görə, Sulutəpə qəsəbəsinin yaxınlığında, DYP-nin Ekologiya postunun arxasındalı “Şamlıq” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. Bu barədə dərhal polisə məlumat verilib.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunublar. Meyitə baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilib. Öldürülən şəxsin üzərində heç bir sənəd olmadığından, şəxsiyyəti məlum deyil. Meyit müayinə olunması üçün Respublika Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib.
Cinayətin hansı şəraitdə və kim tərəfindən törədildiyi də hələlik məlum deyil. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qətli törətmiş şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.