Kipr Aİ-nin Belarusa qarşı sanksiyalarını bloklayır

dunya
10-09-2020, 10:39 777
Kipr Aİ-nin Belarusa qarşı sanksiyalarını bloklayırKipr Avropa İttifaqının (Aİ) Belarusa qarşı sanksiyalarını bloklayır. Bunun qarşısında Nikosiya Türkiyəyə qarşı anoloji tədbirlər görməyi tələb edir.
“Frankfurter Allgemeine” xəbərinə görə, Aİ xarici işlər nazirləri sanksiyalarla bağlı sentyabrın 21-nə planlaşdırılan növbəti görüşdə razılığa nail olmayacaqlar.

Avqustun 14-də Aİ XİN başçıları prinsipial olaraq sanksiyaların tətbiq edilməsini dəstəklədilər.
O vaxtdan bəri, diplomatların Aİ-yə girişi qadağan olunacaq və hesabları dondurulacaq vətəndaşların siyahısını hazırlaya biliblər. Siyahıda təxminən 40 nəfərin olduğu qeyd edilir.
Kipr istəyir ki, Ankaranın Şərqi Aralıq dənizində qaz istehsalı planlarına görə, Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilsin.