Aeroportda çamadanın çəkisinə görə əlavə pul ödəməmək üçün tövsiyələr

sosial
10-09-2020, 10:28 601
Aeroportda çamadanın çəkisinə görə əlavə pul ödəməmək üçün tövsiyələrSosial şəbəkələrdə aeoportlarda çamadanın çəkisini azaltmaq və bununla da əlavə pul verməkdən qurtulmaq barədə müzakirələr gedib.

“Daily Express”in məlumatına görə, müvafiq diskusiya “Reddit”də aparılıb.

Adı açıqlanmayan aeroportlardan birinin naməlum yük daşıyanı, bununla bağlı maraqlı tövsiyələrini verib.

Hava limanı əməkdaşının sözlərinə görə, səyyahlar səfərə hazırlıq müddətində yığım prosesinə xüsusi diqqət yetirməli və hər hansı əşyanı qoyarkən bir neçə dəqiqə dərindən düşünməlidir.

“Əlində olan hər şeyi aparmağa ehtiyac yoxdur. Hansısa əşyanı aparıb-aparmamaq barədə kiminləsə mübahisə yarandıqda isə həmin əşyanı cəsarətlə qarşı tərəfin öhdəsinə qoymaq olar”, - deyə işçi bildirib.

Onun sözlərinə görə, sərnişin bu yolla çamadanında yerə qənaət edəcək, bu, həmçinin çəkinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Müzakirə iştirakçısı əlavə olaraq, turistlərə aeroportda çantanın və ya çamadanın itə bilməsi ehtimalını da nəzərə almağı tövsiyə edib.

“Ən azı bir həftə yaşaya bilməyəcəyiniz əşyaları, məsələn açarları, dərmanları, noutbuku, telefonunuza ora qoymayın, özünüzlə götürün”, - deyə o, sözlərini yekunlaşdırıb.