“Expressbank” aztəminatlı ailələri biznes sahiblərinə çevirir! - FOTO

iqtisadiyyat
7-09-2020, 12:50 1267
“Expressbank” aztəminatlı ailələri biznes sahiblərinə çevirir! - FOTO“Expressbank” aztəminatlı ailələri biznes sahiblərinə çevirir!

Ölkə başçısının həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) özünüməşğulluğunun təşkili layihəsinə “Expressbank”ın dəstəyi davam edir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə “Expressbank”ın birgə layihəsi çərçivəsində bu günədək 10-dan artıq şəxs aztəminatlı ailə kateqoriyasından yeni biznes sahiblərinə çevriliblər.

Bu günlərdə “Expressbank”ın təmənnasız yardımı sayəsində daha bir neçə soydaşımız həyatlarında yeni səhifə açaraq sahibkara çevriliblər. Balabəyov Şöhrət Callat oğlu, Cəlilov Vüqar Ənvər oğlu, Poladov Savalan Ağarəhim oğlu məhz həmin şanslı insanlar sırasındadırlar.

Dülgərlik peşəsi üzrə biznesə başlayan hər üç şəxsə işlərində uğurlar və işlərinin rahat getməsini arzulayırıq.

Əminik ki, bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyicilərinin çoxalmasına xidmət edəcək.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
“Expressbank” aztəminatlı ailələri biznes sahiblərinə çevirir! - FOTO

“Expressbank” aztəminatlı ailələri biznes sahiblərinə çevirir! - FOTO

“Expressbank” aztəminatlı ailələri biznes sahiblərinə çevirir! - FOTO