Rusiyalı deputatın qartalla qəddar davranışı - VİDEO

dunya
6-09-2020, 12:19 1339
Rusiyalı deputatın qartalla qəddar davranışı - VİDEORusiyanın Dağıstan Respublikasında adı “Qırmızı Kitab”a düşən qartalla amansız davranışa görə cərimə edilən deputatın videosu yayılıb.

TASS xəbər verir ki, mart ayında millət vəkili tələyə düşən quşu tutub, bundan sonra onun başına metal parçası ilə vurmağa başlayıb.

Sonra oğlu da eyni şeyi təkrar edib. Onlar bu hadisəni telefona çəkiblər.

Qeyd edək ki, həmin deputat günahını tamamilə etiraf edib və 120 min rubl (2 712 AZN) cərimə olunub.