Əliyevin qardaşa möhtəşəm dəstəyi - Video

siyaset
5-09-2020, 09:40 1252
Əliyevin qardaşa möhtəşəm dəstəyi - VideoPrezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.

Axar.az-ın məlumatına görə, siyasi ekspertlərin fikrincə, Prezident İlham Əliyev çıxışında qardaş Türkiyəyə dəstək, Yunanıstana və onun arxasında duranlara isə ciddi bir mesaj verdi.

Türkiyənin mübarizə zamanında Azərbaycandan aldığı dəstək nümunəvi bir hərəkətdir. Expertlər düşünür ki, bu mesaj Azərbaycan və Türkiyə qardaşlığının və iş birliyinin daha bir ifadəsi olmaqla bərabər, beynəlxaq siyasətdə öz əksini tapacaq.

Qeyd edək ki, Türkiyənin yüksək səviyyəli rəsmiləri dövlətimizin başçısına bu dəstəyə görə minnətdarlıq ediblər. Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsindəki paylaşımında deyir:

“Çox təşəkkür edirəm, cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”.

Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək dövlət bayraqlarımızın qoşa təsvirini paylaşıb.

Daha ətraflı Real TV-nin süjetində: