Naxçıvanda hərbi qulluqçuların sağlamlıqları necə qorunur? - VİDEO

sehiyye
4-09-2020, 19:33 1454
Naxçıvanda hərbi qulluqçuların sağlamlıqları necə qorunur? - VİDEOMüdafiə Nazirliyi Naxçıvanda hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması ilə bağlı videosüjet hazırlayıb.

Hazırlanmış süjet Nazirliyin rəsmi saytında dərc olunub.

Bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarında xidmət keçən hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması işi daim diqqət mərkəzində saxlanılır.

Tibbin ən son nailiyyətlərindən olan avadanlıqlarla təchiz edilmiş hərbi hissələrin xəstəxana və tibb məntəqələrində müxtəlif bölmə, kabinə və laboratoriyalar fəaliyyət göstərir. Bütün hərbi xəstəxanalarda şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları mövcuddur.

Müalicə və müayinə olunan hərbi qulluqçuların qidalanması və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır.