Bakıda taksidə doğulan uşağın görüntüləri

sosial
4-09-2020, 18:24 1177
Bakıda taksidə doğulan uşağın görüntüləriBakıda taksidə maraqlı hadisə yaşanıb.

Baku TV xəbər verir ki, Bakıda taksidə doğum gerçəkləşib. Belə ki, tıxac səbəbindən xəstəxanaya gecikən hamilə ana, doğumu taksidə gerçəkləşdirib.

Taksi sürücüsü: “Səhər saat 9-da sifariş götürdüm. Xanımın sancıları tutdu. Elə oldu ki, tıxacdan çıxa bilmədik. Uşaq sağ-salamat dünyaya gəldi”.

Çəkisi 3,7 kiloqram olan uşağın səhhəti normal olduğu bildirilir.