Qorxunc qəzaya düşən sürücü sağ qaldı - VİDEO

hadise
3-09-2020, 22:12 1406
Qorxunc qəzaya düşən sürücü sağ qaldı - VİDEOİstanbulun Avcılar rayonunda sürətlə hərəkət edən minik avtomobili yol kənarında dayanan tıra çırpılıb. “İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Maraqlıdır ki, minik avtomobilinin sürücüsü qorxunc qəzadan sağ çıxıb.

Yüngül xəsarət alan sürücü yaxınlıqdakı xəstəxanalardan birinə müayinəyə aparılıb.