Nəvədən şirin nə var dünyada
tebrikler
3-09-2020, 15:21
1906

Nəvə-babasına səadət payı,
Nəvə- nənəsinə ömür baharı.
Babanın istəyi övladdan sonra,
Nənənin arzusu nəvə nübarı.
Babanın, nənənin gözündə dünya,
Nəvə doğulanda çox gözəlləşir.
Yaşamaq eşqilə həyat eşqi də,
Nəvə doğulanda çox şirinləşir.
Adı həqiqətdir, dərk elə onu,
Körpələrdən şirin nə var dünyada?
Böyüyün arzusun övladdan sonra,
Nəvə yaşadacaq daim həyatda.
05.03.2020
Nəvəm Elxana ithaf edirəm
Babanın ilk nəvəsi, Elxan bala, gül bala,
Arzuları, muradı şəkərdən şirin bala.
Sən dünyaya gələndə, kainat çiçək açdı,
Nənə-baba sevinci bu cahanı dolaşdı!
Ata-ana diləyi onları sevindir sən,
Boy atıb böyüdükcə, səni gözləyir Vətən!
Oxu, məktəbi qurtar, baba da dolur yaşa,
Xalan baxıb sevinsin, həyatımız tamaşa.
Bu dünya bir nağıldır, sən onun qəhrəmanı,
İgid balam, hər zaman sevindir sən onları.
Sənə baxdıqca onlar həyatdan kam alsınlar,
Şən, firavan yaşayıb, sənə həyan olsunlar.
05.03.2020
Mahmud Rzayev

