77-ci Venesiya film festivalı işə başlayıb - VİDEO
sou
3-09-2020, 12:23
1653

“Euronews”un məlumatına görə, festival pandemiya başlayandan bəri bu miqyasda ilk mədəni tədbir hesab olunur.
Festival koronavirus səbəbi ilə müxtəlif qadağalarla müşahidə edilib.
Festivalın tarixində ilk dəfə olaraq tamaşaçılar qırmızı xalının kənarına buraxılmayıb, tədbirin keçirildiyi salonlarda oturacaqların sayı azaldılıb, tibbi maskaların taxılması hər yerdə məcburi olub.
Qeyd edək ki, Venesiya Film Festivalı dünyanın ən qədim film festivallarından biridir. Tədbir hər il avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir.