Alimentə görə keçmiş qayınatasını amansızlıqla öldürdü - VİDEO

hadise
2-09-2020, 11:02 1160
Alimentə görə keçmiş qayınatasını amansızlıqla öldürdü - VİDEOBakıda alimentə görə qayınatasını öldürən şəxs 18 il azadlıqdan məhrum edilib.

2018-сi il aprelin 21-də daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları Maştağa qəsəbəsində üzərində zorakılıq əlamətləri olan qəsəbə sakini Hətəm Şabanovun meyitini aşkar ediblər. Aparılan araşdırma nəticəsində cinayəti mərhumun keçmiş kürəkəni Samir Şabanovun törətdiyi məlum olub.

İstintaqla müəyyən edilib ki, S.Şabanov keçmiş qayınatası H.Şabanovu qisas almaq niyyəti ilə öldürüb. O, ailəsinin dağılmasında və aliment verməyə məcbur edilməsində H.Şabanovu günahkar bilib.

S.Şabanov cinayəti xüsusi amansızlıqla törədib. O, evindən götürdüyü dəyənəyi gödəkcəsinin altında, bıçağı isə cibində gizlədərək H.Şabanovun yaşadığı mənzilə yollanıb. Aralarında mübahisə yaranıb və nəticədə cinayət hadisəsi baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şabanov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.