Bakıda qadın özünü asdı

hadise
7-09-2015, 14:39 977
Bakıda qadın özünü asdı Özünü asan qadın ailəli olub.
Paytaxtda intihar baş verib. Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Kazımovski küçəsində qeydə alınan hadisə zamanı 1986-cı il təvəllüdlü Nigar Fazil qızı Mustafayeva yaşadığı mənzildə özünü asıb.
Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
anına qəsd edən 29 yaşlı qadın ailəli olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.