Avropadan gətirilən bitkilərin sayı azaldılır - VİDEO

sosial
1-09-2020, 09:49 1173
Avropadan gətirilən bitkilərin sayı azaldılır - VİDEOGəncə şəhərinin yaşıllaşdırılması üçün vaxtilə gətirilən bitkilərin toxumları ilə yerli şəraitdə əkilib-becərilməsinə başlanılıb.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən Şəhər Yaşıllaşdırma Təsərrüfatında yeni istixanalar tikilir. Həmin istixana kompleksləri ən müasir tələblərə cavab verəcək.

Tətbiq olunan sistem bir sıra faktorlar baxımından üstünlüklərə malikdir. Avropadan dekorativ gül və çiçək kollarının gətirilməsinin azaldılması ilk növbədə büdcəyə qənaət edəcək. Bundan əlavə, yerli iqlim şəraitinin əhəmiyyəti də xüsusi önəm daşıyır. Məlumat üçün bildirək ki, bu günə kimi Gəncə şəhərinə əsasən Holandiya, Türkiyə, İspanya və digər ölkələrdən gül kolları gətirilirdi.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: