Sərnişindən maska taxmasını tələb edən sürücü döyüldü

sosial
25-08-2020, 20:29 933
Sərnişindən maska taxmasını tələb edən sürücü döyüldü
Avtobusdan istifadə edən hər bir sərnişin müəyyən olunan qaydalara və sürücünün tövsiyələrinə əməl etməlidir.

Bu barədə BAXAR.AZ-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.

Sərnişinin şəxsiyyəti müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.