İH-də əməliyyat keçirilir: 5 nəfər saxlanıldı - Video

arasdirma
19-08-2020, 14:41 1574
İH-də əməliyyat keçirilir: 5 nəfər saxlanıldı - Video

Baş Prokurorluğun əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

Axar.az xəbər verir ki, bu barədə yayılan məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Report İcra Hakimiyyətinin ən azı 5 vəzifəli şəxsinin saxlanıldığı haqda məlumat yayıb.

Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.