Yeni tədris ilində müəllimlərin maaşı azaldıla bilər? - AÇIQLAMA

tehsil
18-08-2020, 00:40 1492
Yeni tədris ilində müəllimlərin maaşı azaldıla bilər? - AÇIQLAMA

Təhsil Nazirliyinin rəsmi “Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq:

“Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək. Ənənəvi tədris planları qalacaq. Buna görə müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.