Mayisə Əsədullaqızı

yazarlar
17-08-2020, 00:10 3789
Mayisə Əsədullaqızı BU DÜNYANIN DƏYƏRİ
Şam işığı,
Şöləndə sevdalar şirinləşər,
Baxışlar dərinləşər.
Alovunun ətrafında
Ürəklər sərinləşər.
Bütün sevənlər sevdiklərinə
Sevgisinin dəyərini
Dünyalar qədər dedi...
Dedilər ki,
Qəlbim nura boyanar,
Sevdiyimi görüncə ümmanlar da
Dayanar.
Dağ da, daş da oyanar.
Sonra, aqil bir insandan
Dünyanın dəyərini soruşdum
Aqil insan dedi ki,
Çox igidlər qurtulmadı
Fələyin qasırğasından,
Min bəlasından, qan-qadasından.
Onlar da qorxmadılar,
Rüzgarın min cəfasından.
Zülmətlərə, zindanlara dözmüşəm,
Ağlamaqdan kor olmuşam,
Zəlil kimi gəzmişəm...
Indi canım
Dərd qucağında,
Quzuları görürəm,
Qurd qucağında...
Aqil bir insandan
Dünyanın dəyərini soruşdum.
Belə də getməz dedi,
Bu dünyanın dəyəri
Beş qəpik etməz dedi...

İÇİ BOŞ GECƏ
İçi boş gecə,
Bir qucaq yeridi.
Ürəyim
Közərmiş ocaq yeridi.
Nur ələnir Aydan,
Mənə düşməz o paydan...
Bu gecə,
Pisliklərə
Əngəl olar.
Ürəyim məhəbbətə
Səngər olar.
Haqsızlığa barışmayıb,
Çox ağlamışam.
Gecələr
Qaranlıq Vətəni qucaqlamışam...