Xalq artistinin paylaşdığı foto narahatlıq yaratdı
sou
15-08-2020, 22:31
2222

Hazırda səhhətim qaydasındadır.Bu barədə Kult.az-a açıqlamasında xalq artisti Könül Xasıyeva danışıb. O bildirib ki, hər kəs İnstaqram hesabında paylaşdığı foto ilə bağlı yayılan məlumatdan sonra narahatlıq keçirib:
“İnstaqram hesabım mənim şəxsi səhifəmdir. Orada paylaşılan məlumatları ictimailəşdirməyin. Səhhətim yaxşıdır”.
Qeyd edək ki, xalq artisti sistem altında çəkilmiş fotosunu sosial media hesabında paylaşıb. Bu fotodan sonra mətbuatda K.Xasıyevanın səhhətinin pisləşməsi barədə məlumatlar yayılıb.
