"Ömre bedel"in aktyoru "erməni qızı" ilə sevgilidir

sou
6-09-2015, 13:08 964
"Ömre bedel"in aktyoru "erməni qızı" ilə sevgilidir “Kervan 1915” filmində birlikdə çəkilən aktyor Murad Hanla aktrisa Ayşə Akın sevgilidirlər.
Realfakt.az “Hürriyet”ə istinadən xəbər verir ki, cütlüyün iki aydır birlikdə olduğu və evlənməyə hazırlaşdığı üzə çıxıb.
Daha əvvəl Sinan Akçılla eşq yaşadığı və bu səbəbdən onun Ebru Şallı ilə ayrılmasına səbəb olduğu deyilən Ayşə Muradla eyni evdə yaşayır. O, aktyorun ailəsi ilə də tanış olub.
Qeyd edək ki, A.Akın 2011-ci ildə futbolçu Öndər Turacı ilə ailəli qurub. Qısa müddət sonra ərindən boşanan Ayşə “Kervan 2015”də erməni qızı Suzan obrazını canlandırıb. O, “Güllerin savaşı” serialında da çəkilib. Murad Han isə tamaşaçılara “Ömre bedel” serialından Cəsur obrazı ilə tanışdır.