Fərdi və mikrosahibkarlara ödənilən maliyyə dəstəyinin məbləği açıqlandı - RƏSMİ + VİDEO

iqtisadiyyat
15-08-2020, 12:50 1203
Fərdi və mikrosahibkarlara ödənilən maliyyə dəstəyinin məbləği açıqlandı - RƏSMİ + VİDEO“Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı ikinci mərhələdə fərdi və mikrosahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi başa çatıb”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib. O qeyd edib ki, bu çərçivədə 49,3 min fərdi və mikrosahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib: “Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımının edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanıb, Maliyyə Nazirliyinə təqdim olunub”.