Bu şəhər və rayonlarda ictimai nəqliyyat 2 gün işləməyəcək

sosial
15-08-2020, 00:52 1043
Bu şəhər və rayonlarda ictimai nəqliyyat 2 gün işləməyəcəkXüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət davam edir. Axar.az xəbər verir ki, bu gündən etibarən avqustun 17-si səhər saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.