MTRŞ bu dəfə "Xəzər" TV-ni cəzalandırdı

arasdirma
14-08-2020, 21:38 1798
MTRŞ bu dəfə "Xəzər" TV-ni cəzalandırdıMilli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib. MTRŞ-dan "BAXAR.AZ"-a verilən məlumata görə, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 5 avqust 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 23 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib. Həmçinin, 8 avqust 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində saat 09.00 – 10.00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 17 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.