Vyetnam Rusiyadan koronavirus vaksini alacaq

sehiyye
14-08-2020, 11:06 1913
Vyetnam Rusiyadan koronavirus vaksini alacaqVyetnam hökuməti Rusiyadan SARS-CoV-2 koronavurusu əleyhinə vaksin alacaq. “Reuters” agentliyi bu barədə Vyetnam Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. “Eyni zamanda, Vyetnam COVID-19 əleyhinə öz peyvəndini inkişaf etdirməkdə davam edəcək", - deyə, nazirliyin məlumatında qeyd olunur. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib.
Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən birgə hazırlanıb və “Sputnik V” adını alıb.