Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

gundem
13-08-2020, 16:34 1194
Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqə avqustun 23-dən sentyabrın 5-nədək keçiriləcək.