» » Yasamalda bir nəfər liftin şaxtasına yıxılıb


Yasamalda bir nəfər liftin şaxtasına yıxılıb

12-08-2020, 00:45
Oxunub: 782
Çap et
Yasamalda bir nəfər liftin şaxtasına yıxılıbFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftin şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən "BAXAR.AZ"a verilən məlumata görə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın birinci mərtəbəsində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb və xəsarət alıb.
Xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə, vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.
Reytinq: