Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək - VİDEO

sosial
6-08-2020, 22:28 1241
Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək - VİDEOBu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. Bu barədə qurumun məlumatında qeyd edilib. Bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:
- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
linki vasitəsilə onlayn formanı doldurmaqla;
- (+99470) 4374081 nömrəsinə “WhatsApp” vasitəsilə yazılı müraciət edərək.
Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər. Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.