» » Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulub


Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulub

6-08-2020, 17:06
Oxunub: 839
Çap et
Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulubLənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-də saat 7:00 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş iki nəfərin şəhər sakini T.Fətullazadəni döyərək, içərisində 60-70 min manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işinə başlanılıb.
Reytinq: