Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ

sosial
5-08-2020, 23:36 1250
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJÇimərliklərin açılması paytaxt sakinləri tərəfindən müsbət qarşılanıb. Onlar çimərliklərdə dincəlməyin sağlamlıqları üçün önəmli olduğunu qeyd edirlər. Baku TV-nin məlumatına görə, ictimai çimərliklərdə sanitar qovşaqlar, duş kabinləri, geyinib-soyunma otaqları, futbol və voleybol meydançaları var ki, bunlar da insanların rahat və əyləncəli vaxt keçirməsi üçün nəzərdə tutulub.
Həmçinin, karantin rejiminin qaydalarına uyğun olaraq, insanların təhlükəsizliyini qorumaq məqsədilə söhbətgahlar 2-3 metrlik məsafədə arakəsmələrlə bölünüb.
Vaxtaşırı olaraq, FHN əməkdaşları səsucaldıcılar vasitəsilə insanlara qaydalara uyğun təlimatlar verir. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib.
Çimərliklərlə bağlı yaradılan cimerlik.az xüsusi internet səhifəsinin proqram təminatı, istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Yəni səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə bilərlər.