Türkiyəli hərbi ekspert, ehtiyatda olan hərbçi Abdullah Ağar qonaq olduğu bir televiziya proqramında Tovuzda baş vermiş hadisələri şərh edib. O, şəhid edilmiş hərbçilərimizin hansı şəraitdə və necə öldürülməsi ilə bağlı mülahizələrini açıqlayıb.
BAXAR.AZ dominant.az-a istinadən Abdullah Ağarın sözügedən fikirlərini, həmçinin verilişin videosunu təqdim edir:
"General Polad Həşimov Tovuzdakı sərhəd postundan 31 km içə doğru (31 kilometr Tavuş (erməni tərəfi) içəri istiqamətdən zərbə endirilib, yəni Tavuşdan hədəf nöqtəsinə 31 kilometr olub), bir PUA (pilotsuz uçan aparat) ilə vurulması, yanında yüksək rütbəli hərbçilərin şəhid olması həm texniki, həm də geosiyasi mənada son dərəcə əhəmiyyətli mövzudur. "Azərbaycanda ordunun milliləşməsinin qarşısını kimlər alır? Azərbaycan 27 ildir 20%-dən çox torpaqları niyə geri ala bilmir?" Bu sualların fonunda gündəmi dəyərləndirmək lazımdır. Bu general Türkiyədə təhsil almış, türk mövqeyini təmsil edən biri kimi "Aprel döyüşləri"ndə qəhrəmanlıq nümayiş etdirmiş, sağ ola-ola ön cəbhədəki postlardan biri onun adına verilmiş general idi. O döyüşlərdə təpələrin alınması mövzusunda müəyyən mübahisələr olmuş, istefa vermiş, İlham Əliyev müdaxilə edib istefasını geri çevirtmişdi. (Çox güman naməlum hərbçi ölümləri ilə məşhur Tərtər hadisələrinə görə H.M) Daha sonra vəzifəsi artırılaraq Tovuz istiqaməti ona tapşırılmışdı. Bu işi bilənlər daha yaxşı bilirlər ki, General Polad Həşimovun PUA ilə vurulması əslində uzun çəkən proses olmalı idi. Yəni obyekti təqib etməli, yerini təsbit etməli, analiz etməli və alınan əmr nəticəsində vurulmalıdır. Amma qısa müddət ərzində, bir-başa vuruş mövcuddur. Bu bir ordunun general-mayorunun hər hansı şəkildə yerinin müəyyən edilməsi çox-çox gizli bir əməliyyatdır əslində. Amma şübhəli şəkildə baş verən bir proses mövcuddur. Zatən bununla əlaqədar həm Əliyevin, həm digər rəsmilərin çox aydın açıqlamaları var ki, bu işdə kimlərin günahı varsa, ortaya çıxarıb, cəzalandıracağıq. Bu araşdırma tamamlandıqda çox fərqli həqiqətlərin ortaya çıxacağı görünür.
Mən o ərazilərdə müəyyən vəzifələri icra etidyim üçün, Qarabağ müharibəsində iştirak etdiyim üçün rahatlıqla bu mövzularda fikir bildirə bilirəm. Açıq demək olarsa Azərbaycan həqiqətən bütöv Azərbaycan olmaq istəyirsə, ilk növbədə öz içində bu problemləri həll etməlidir. Yəni Azərbaycanın öz içində onun gücünü məhdudlaşdıran, Qarabağın geri alınmasına mane olan qüvvələrdən qurtulmaq üçün bir fürsətdir bu. Başa düşürəm, əlbəttə ki, çox çətin prosesdir. Çünki bu qüvvələrin arxasında geosiyasi olaraq mühüm güclərin olduğunun fərqindəyəm".