Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində başlayan erməni təxribatı ilə bağlı şəhid olan hərbçilərimizə və onların övladlarına şeir həsr edib.
Kult.az xəbər verir ki, L.Əliyeva şəhidlərimizin dəfn mərasimindən çəkilən və onların övladlarının da yer aldığı fotolarla birgə şeirini İnstaqram hesabında paylaşıb.
O, şeirin tərcüməsinin şairə-filoloq Aydan Xəndana aid olduğunu qeyd edib.
Sözügedən şeiri təqdim edirik:
Bomba partlayışı, avtomat səsi
Qan axır çay kimi iyul günləri
Güllələr önündə sipər olublar
Ana torpağımın mərd əsgərləri.
Döyüşə hazırdır hamı əzmlə
Bu günlər əbədi xatirə olar
Bircə kiçik oğlan gözündə yaşla
Atasın gözləyib, kədərlə ağlar.
Günəşi örtərək o inildəyər,
Çox şey unudular, tarixə dönər,
Fəqət ata artıq qayıdan deyil
Körpənin dərdini başqa kim bilər?
Analar ovcunda ürəyin sıxıb,
Oğlum haradadır deyib, ah çəkər!
Axı hələ dünən o bir körpəydi
Artıq o da yoxdur! Ah! Müharibə!
Düşməni susdurmaq çox uzun çəkməz
Vətəni uğrunda əsgər can verər!
Bircə körpə oğlan səbrin dəfn edib
Atanın gəlişin artıq gözləməz.