DataLife Engine > siyaset > SON DƏQİQƏ! Prezident İlham Əliyev sərəncam imzaladı - vəzifədən azad edildi

SON DƏQİQƏ! Prezident İlham Əliyev sərəncam imzaladı - vəzifədən azad edildi


4-07-2020, 01:36. Разместил: adil SON DƏQİQƏ! Prezident İlham Əliyev sərəncam imzaladı - vəzifədən azad edildi
Şahin Mustafayev Milli Koordinator vəzifəsindən azad edildi

Prezident İlham Əliyev “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamının 1-ci hissəsindən Şahin Abdulla oğlu Mustafayevin adı çıxarılır.

Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.


Вернуться назад