Bu gün uzun fasilədən sonra "Normand dördlüyü” (Almaniya, Rusiya, Ukrayna, Fransa) liderlərinin növbəti sammiti baş tutacaq.
Sammit Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.
Qeyd edək ki, "Normand dördlüyü” formatı Donbas münaqişəsindən sonra yaradılıb. "Normand dördlüyü” liderlərinin sonuncu sammiti 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub, görüş nəticəsiz qalıb.