Türkiyə hökuməti tərəfindən Rusiyadan əldə edilən "S-400” zenit-raket sistemlərinin radiolokasiya stansiyalarının sınaqdan keçirilməsi zamanı Amerikanın "F-16” qırıcı bombardmançılarından istifadə edilməsi Vaşinqtonda ciddi narahatlıqlara səbəb olub.
Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bununla bağlı jurnalistlərin ünvanladığı sualı cavablandırarkən bildirib.
"Türkiyə və "S-400” haqqında ilk sualınıza gəlincə... Bəli, bu narahatlıq doğurur”, - Pompeo belə deyib.