[thumb=left]
Göygöldə baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib.
RealFakt.Az onların siyahısını təqdim edir:
“VAZ 2107”də olanlar:
Daşkəsən rayon sakinləri:
1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu
2018-ci il təvəllüdlü Həsənova Rübab Eldəniz qızı
1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı
1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı.
“VAZ 2106”də olanlar:
Daşkəsən rayon sakinləri:
1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu
1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu
1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı
2016-cı il təvəllüdlü Camalov Hüseyn Aslan oğlu.
14:19
Göygöldəki qəzada ölənlərin sayı səkkizə çatıb.
RealFakt.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, meyitlərdən beşi Gəncə, üçü Göygöl morquna aparılıb.
Ölənlərdən dördü qadın, ikisi uşaq, ikisi isə kişidir.
Gəncə-Daşkəsən yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RealFakt.Az-ın bölgə müxbirinin məlumatına görə, Göygöl rayonu ərazisində baş verən qəza nəticəsində iki qadın, bir uşaq və bir kişi ölüb.
Qəza zamanı “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.
[thumb=left]http://realfakt.az/uploads/posts/2019-04/1556541192_1.jpg[/thumb]