Bu gün Bakı Dairəvi Yolunda, Xocəsən qəsəbəsinin girişində yol qəzası baş verib.
Yolda təmir işlərinin aparılması ilə bağlı avtomobillərin hərəkətində sıxlıq yaranıb.
“Hyundai” markalı avtomobil ötmə hərəkətini düzgün yerinə yetirməyib və qarşıdan gələn “Mersedes” markalı minik maşınına çırpılıb.
Qəza nəticəsində sürücülərdən biri yüngül yaralanıb.