Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
Realfakt.Az-ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
Telefon danışığı zamanı, Suriyada son vəziyyət və “Zeytun budağı” əməliyyatı müzakirə olunub.
Məlumata əsasən, Tramp Afrin bölgəsində baş verən silahlı toqquşmalardan narahatlığını ifadə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Vaşinqtonu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.