DataLife Engine > tehsil > Martın 5-də IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək

Martın 5-də IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək


22-02-2017, 17:06. Разместил: adil Martın 5-də IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək


Martın 5-də keçiriləcək 9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsində iştirak edən şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Realfakt.az Lent.az-a istinadən xəbər verir ki, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.
Bildirək ki, şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı buradan yükləmək olar.



Вернуться назад