Tovuz və Şəmkir sakinləri dəm qazından zəhərləniblər
Tovuz rayon sakini dəm qazından zəhərlənib.Maarif.info.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Bozalqanlı kənd sakini, 1947-ci il təvəllüdlü Abbasova Kifayət dəm qazı zəhərlənməsi əlaməti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Kifayət Pənahova da dəm qazından zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.