11 yaşlı qız özünü öldürdü
[thumb=left]http://realfakt.Neftçalada uşaq özünü həyətlərində asıb.
Neftçala rayonunda intihar hadisəsi baş verib. Rayonun polis şöbəsindən verilən məlumata görə, hadisə rayonun 2-ci Mayak kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü Xədicə Rüstəm qızı Kazımova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 11 yaşlı qızın hələlik hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Özünü asan qızın 2 azyaşlı bacısı var.
Ölkədə sonuncu azyaşlı intiharı fevral ayının 17-də Cəlilabad rayonunun Gülməmmədli kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Sabir Nuri Səlim oğlu özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib.
İlkin ehtimala görə, uşaq ailə üzvlərinin sözündən küsdüyü üçün belə bir addım atıb. Belə ki, ona hadisə baş verən gün ailə üzvləri tərəfindən televizora çox baxması barədə irad tutulub. Orta məktəb şagirdinin tövlədə asılmış meyitini ailə üzvləri aşkar ediblər. az/uploads/posts/2016-03/1457504568_2.jpg[/thumb]