Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup tələbəsi və 11 saylı Uşaq İnternat məktəbinin şagirdləri fevral ayının 22-də Xocalı soyqırım abidəsini ziyatər edərək abidənin qarşısına gül əklilləri qoyublar. Daha sonra Universitetinin Səda Tədris teatrında Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 24-cü ildönümü anılıb.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru professor Fərəh Əliyeva Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, ümumən insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biri olduğunu deyib. Bildirib ki, 24 ildir xalqımız bu acını yaşamaqla bərabər bütün dünyaya haqq ədalət səsimizi duyurmağa, Universitetin müəllim və tələbə heyəti də öz üzərinə düşən işi görməyə, bacardığı qədər yaradıcılığında bu dəhşətli faciəni əks etdirməyə çalışır. Çıxışının sonunda rektor Universitetin
Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fevral ayının əvvəlindən elan olunmuş Xocalı faciəsi şəhidlərinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibi Mirxədicə Mirzəyevanı diplom və mükafatla təltif edib. Tədbirdə Universitetin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya da nümayişi olunaraq, tədbir iştirakçılarını təsirləndirib.
ADMİU-nun müəllim və tələbə heyəti, 11 saylı uşaq internat ktəbinin şagirdləri və eləcə də Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "DOLU" filminin yaradıcı heyəti də iştirak edib. Filmin rejissoru Elxan Cəfərov çıxış edərək Xocalı faciəsi, filmin ideyası, çəkilişlərindən danışıbvə yaradıcı heyəti səhnəyə dəvət edib. Daha sonra Aqil Abbasın eyniadlı romanı əsasında 2012 –ildə çəkilən “Dolu” filmi tamaşaçılara nümayiş olunub.