Rəsmi məlumatlar olmasa da, ehtimallar göstərir ki, Kaladzenin Bakıya səfəri hazırda Tiflislə “Qazprom” arasında yaranmış mübahisəli məsələlərdən qaynaqlanır.
Bunu Gürcüstanın Energetika naziri KaxaKaladzenin Bakıya səfərini Axar.az-a şərh edərkən politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında yaranan müəyyən problemlər Tiflisin mövqeyini dəyişə bilər:
“Gürcüstanla “Qazprom” arasındakı qaz məsələsində yaxın vaxtlarda irəliləyişlər gözlənilmir. Çox güman ki, Kaladzedə məhz buna görə Azərbaycana səfər edib. Görüş zamanı tərəflər arasında Bakıdan əlavə qazın alınmasına dair fikir mübadiləsinin aparılması istisna edilmir. Bunun nə dərəcədə məhsuldar səfər olacağını zaman göstərəcək. Ancaq bir məsələ var ki, Gürcüstan tərəfi səfərdən sonra rəsmi müraciət edərsə,çox güman ki, Bakı indiyə qədər səsləndirilən bütün iddiaların əsassız olduğunu göstərmək üçünbuna müsbət cavab verə bilər”.
Qeyd edək ki, Gürcüstan baş nazirinin birinci müavini, Energetika naziri KaxaKaladze Azərbaycana səfər edib.