Bayram günü Bakı, Naxçıvan və Gəncə uçuşunun təxirə düşməsinə səbəb gözlənilən çovğundur.
İstanbulda gözlənilən çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb. Təxirə salınan reyslər arasında Azərbaycanın paytaxtı Bakıya nəzərdə tutulan uçuş da var.
Türk Hava Yollarının (THY) rəsmi səhifəsində yerləşdirilən elanda bu barədə qeyd edilib: "Hörmətli sərnişinlər, İstanbulda dekabrın 30-da başlayacaq qar yağışı 31-də güclənəcək. Bu səbəblə də İstanbul Atatürk və Sabiha Gökçen Hava limanlarından yüklənməni azaltmaq üçün aşağıdakı reyslər təxirə salınıb.
30 dekabr - Atatürk hava limanı - Bişkek, Sofiya, Tehran, Ankara, Konya, Amasya.
31 dekabr - Sabiha Gökçen hava limanı - Ankara, Trabzon, Konya, Diyarbakır, Erzurum, İzmir, Antalya.
31 dekabr - Atatürk hava limanı - Mardin, Elazığ, Ağrı, Iğdır, Van, Sivas, Erzurum, Muş, Batman, Mardin, Adıyaman, Amasya, Sinop, İzmir.
31 dekabr - Atatürk aeroportu - Almati, Kabil, Basra, Milan, Bakı, Venesiya, Hamburq, Münhen, Brussel, Batman, Düsseldorf, Kazan, Naxçıvan, Gəncə, Sürix, Riqa, Tiflis, Bişkek, Ulan Bator, Köln, Təl Əviv, Lissabon, Tallin, Ştuttqart, Küveyt, Rotterdam, Oslo".
Sərnişinlərdən uçuşdan öncə hava alimanlaçrı ilə əlaqə saxlamaq xahiş edilib.